Sumqayıtda dənizdə batan şəxsin axtarışları aparılır 

13:41 26.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bu barədə hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.